Almaniya Ukraynadan olan qaçqınları işləməyə çağırır
sizinxeber.az xəbər saytı

Almaniya Ukraynadan olan qaçqınları işləməyə çağırır


Almaniyanın vitse-kansleri, İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek bildirib ki, Ukraynadan Almaniyaya gələn qaçqınlar işləməlidir.

APA xəbər verir ki, o, bu barədə “Welt” telekanalına müsahibəsi zamanı danışıb.

Habek razıdır ki, işə götürmə ailə vəziyyəti, xəstəlik və ya uşaq baxımı ehtiyacları ilə çətinləşə bilər.

"Amma ümumiyyətlə, hər kəsin işləməsi daha yaxşıdır - insanlar üçün, insanların inteqrasiyası, sosial sistem üçün daha yaxşıdır", - deyə o bildirib.

Habek həmçinin ukraynalı qaçqınlara müavinətlərin ödənilməsinin mövcud vəziyyətə uyğun olmadığını bildirən Brandenburq federal əyalətinin baş naziri Ditmar Voidkenin mövqeyini də tənqid edib.

Oxşar xəbərlər

Almaniyanın vitse-kansleri Berlinin Kiyevə dəstəyini davam etdirəcəyini açıqlayıb
Almaniya 2025-ci il üçün təxminən 5 milyard avro büdcə kəsiri olduğunu elan edib
Ukrayna XİN başçısı Çinə səfər edəcək
Narışkin: Aleksey Navalnı öz əcəli ilə ölüb
Ukrayna Çinin XİN başçısını Kiyevə dəvət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər