XDİ-nin baş katibi Bundestaq administrasiyasını ən azı 15% azaltmağı təklif edib
sizinxeber.az xəbər saytı

XDİ-nin baş katibi Bundestaq administrasiyasını ən azı 15% azaltmağı təklif edib


Alman Xristian Demokrat İttifaqının (XDİ) baş katibi Karsten Linneman pula qənaət etmək üçün Bundestaq administrasiyasının ən azı 15% azaldılmasının təklif edib.

Sizinxeber.az xəbər verir ki, bununla bağlı Linneman RND redaksiya birliyinə verdiyi müsahibədə pula necə qənaət etmək olar sualını cavablandırarkən danışıb.

“İlk növbədə, özümüzdən başlamalıyıq. Kiçik bir misal: Seçki qanunvericiliyinin islahatı ilə əlaqədar Bundestaq üzvlərinin (deputat) sayı 733-dən 630-a endiriləcək. Eyni zamanda, Bundestaq administrasiyasının 3 min işçisi də ən azı elə Bundestaq kimi 15% ixtisar edilməlidir.” -deyə siyasətçi bildirib.

Qeyd edək ki, Almaniyada hakim koalisiya seçki qanununda islahatların aparılmasını təklif edib və qanun layihəsi 2023-cü ildə Bundestaqda səs çoxluğu ilə qəbul edilib. Qanun layihəsi 28 sentyabr 2025-ci ildə keçirilməsi gözlənilən Almaniya parlament seçkiləri üçün qüvvəyə minəcək və Bundestaq deputatlarının sayı indiki 736 nəfərdən 630 nəfərə endiriləcək.

Oxşar xəbərlər

Stoltenberq Gürcüstanın xarici agentlərlə bağlı qanun layihəsinə yenidən baxmaq niyyətini tənqid edib
Gürcüstanda QHT nümayəndələri parlament binası qarşısında etiraz aksiyası keçirəcəklər
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb
Almaniyanın keçmiş maliyyə naziri vəfat edib
Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər