Belqradda keçirilən mitinqdən sonra ictimai asayişin pozulduğu bildirilir
Belqradda litium hasilatına qarşı etirazlarda 24-27 min insan iştirak edib.
APA xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Teraziye meydanında keçirilən aksiyanın dinc şəraitdə keçdiyi, lakin ondan sonra təşkilatçıların mitinqlə bağlı hesabatda yazılanların hamısına zidd hərəkət edərək, ictimai asayişi və əmin-amanlığı pozaraq, beynəlxalq nəqliyyatın hərəkətinə maneçilik törətdiyi, bununla da insanların təhlükəsizliyini təhlükə altına atdığı bildirilir.
Ölkənin Baş nazirinin müavini və daxili işlər naziri İvitsa Daçiç məsələ ilə bağlı bunları deyib: “Cinayət və pis əməllər törətmiş hər kəs cinayət törətmək və qanunları pozmaq maddələri ilə ittiham olunacaq”.
Avqustun 10-da bir neçə min serb Belqrad küçələrinə çıxaraq, tərkibində litium olan yadarit maddəsinin çıxarılması üçün şaxtanın açılmasına qarşı çıxıb və Budapeşt-Saloniki beynəlxalq magistral yolunu bağlayıb.
Qeyd edək ki, iyul ayında Serbiya hakimiyyəti Cadar çayında litium hasilatı layihəsini təsdiqləyib. Müxalifət isə hesab edir ki, bu qərar ölkəni ucuz xammal koloniyasına çevirəcək.
Oxşar xəbərlər
Banqladeşdə hökumət əleyhinə nümayişlər zamanı ölənlərin sayı 93-ə çatıb
İtaliya Baş naziri Çinə səfər edəcək
Argentinanın paytaxtında Mileyin siyasətinə qarşı etiraz aksiyası keçirilir
Ukrayna Çinin XİN başçısını Kiyevə dəvət edib
XI Qlobal Bakı Forumu başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













