Kurskun atəşə tutulması nəticəsində 5 nəfər ölüb, 28 nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Kurskun atəşə tutulması nəticəsində 5 nəfər ölüb, 28 nəfər yaralanıb


Gecə ərzində Ukrayna ordusunun Rusiyanın Kurs vilayətini atəşə tutması nəticəsində 5 nəfər ölüb, 28 nəfər yaralanıb.

APA-nın RİA “Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralılar arasında 6 uşağın da olduğu açıqlanıb.

Vilayətin qubernatoru Aleksey Smirnov faktı təsdiqləyib. O deyib ki, yaralılar zəruri tibbi yardımla təmin olunub. Bu arada, regionda yenidən raket təhlükəsi elan edilib. Vətəndaşlara olduqları ərazini tərk etməmək tapşırılıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova baş verənləri dinc əhaliyə qarşı yönələn terror aktı adlandırıb.

“Sputnik” radiostansiyasının efirində qonaq olan nazirlik rəsmisi deyib ki, istintaq orqanlarına baş verənlərin ətraflı şəkildə araşdırılması ilə bağlı qəti göstəriş verilib.

Oxşar xəbərlər

Rusiya Baş prokuroru: Terror hücumundan müdafiədə boşluqlara yol verilib
Rusiya XİN: Belqorordun atəşə tutulması terror aktıdır
Belqorodun atəşə tutulması zamanı ölən və yaralananlar var
Ermənistanda hərbçilər növbəti dəfə qəzaya düşüblər
Kreml: Belqoroda raket hücumu barədə Putinə məruzə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər