BƏƏ Prezidentinin müşaviri Trampın məktubunu İrana çatdırıb - YENİLƏNİB
Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik müşaviri ABŞ Prezidenti Donald Trampın məktubunu İrana çatdırıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi “Instagram” hesabında bildirib.
“Bu axşam mən BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaşla görüşdüm. İkitərəfli münasibətləri və regional məsələləri müzakirə etməklə yanaşı, ABŞ prezidentindən məktub da almışam”, - Araqçi qeyd edib.
***
16:42
BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş bu gün İrana səfər edəcək.
Sizinxeber.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ISNA-ya müsahibəsində bildirib.
Səfər çərçivəsində BƏƏ Prezidentinin müşaviri İranın xarici işlər naziri Abbas Araqçi ilə danışıqlar aparacaq.
Onun ABŞ Prezidenti Donald Trampın məktubunu çatdıracağı gözlənilir.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Araqçi bu gün ərəb vasitəçinin ABŞ Prezidenti Donald Trampın məktubunu Tehrana çatdıracağını açıqlayıb. Xameneinin Trampın məktubunu qəbul edib-etməyəcəyi bəlli deyil.
Xatırladaq ki, 2019-cu ildə Xamenei Trampın ilk səlahiyyət müddətində Yaponiyanın ovaxtkı Baş naziri Sindzo Abe vasitəsilə göndərdiyi məktubu qəbul etməkdən imtina edib.
Oxşar xəbərlər
Trampın məktubunu Tehrana BƏƏ Prezidentinin müşaviri aparacaq
İran xarici işlər naziri Çinə gedir
Hikmət Hacıyev İrana səfər edib
Abbas Araqçı Türkiyəyə səfər edəcək
İran xarici işlər naziri Qətərə gedir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
İran ABŞ-nin raketlərinə Yaxın Şərqə hücumla cavab verib
-
"Forbes" Dünya Kubokunun ən çox qazanan 11 futbolçusunun adını açıqlayıb
