Avropa Birliyi (AB) Ukraynaya 90 milyard avroluq silah alınması üçün 16 milyard avro ayırıb.

Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen məlumat verib.

O qeyd edib ki, Ukrayna islahatlarla bağlı bütün tələbləri yerinə yetirərsə, ilin sonunadək daha 17 milyard avro veriləcək.