Türkiyə Livanda atəşkəs üçün aparılan danışıqların müsbət nəticəsini alqışlayır
sizinxeber.az xəbər saytı

Türkiyə Livanda atəşkəs üçün aparılan danışıqların müsbət nəticəsini alqışlayır


Livanda atəşkəs üçün aparılan danışıqların müsbət nəticəsini alqışlayırıq.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bundan əlavə, rəsmi Ankaranın atəşkəsin daimi olacağına ümid etdiyi vurğulanır:

“Beynəlxalq ictimaiyyət atəşkəs rejiminə ciddi əməl etməsi və Livanda vurduğu zərərin ödənilməsi üçün İsrailə təzyiq etməlidir. Türkiyə Livanda sülhünün bərqərar olması üçün lazımi dəstəyi verməyə hazırdır. Bu münasibətlə xatırlatmaq istərdik ki, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün Qəzzada ən qısa zamanda daimi və hərtərəfli atəşkəs elan edilməli və İsrailin təcavüzkar siyasətinə son qoyulmalıdır”.

Oxşar xəbərlər

Türkiyə XİN parlament seçkiləri ilə bağlı bəyanat yayıb
Türkiyə İsraillə bağlı BƏM-ə sənədlər təqdim edəcək
Hakan Fidan Blinkenlə telefon danışığı aparıb
KİV: Türkiyə və Ermənistanın xüsusi nümayəndələri sabah görüşəcək
Ərdoğan: Beynəlxalq sülh və təhlükəsizlik 5 imtiyazlı ölkənin şıltaqlığına buraxılmamalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər