İsraildə amerikalı jurnalist həbs edilib
İsrail polisi 28 yaşlı Amerikalı jurnalisti Ceremi Loffredonu milli təhlükəsizliyə təhdid etməkdə şübhəli bilinərək həbs edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.
İddialara görə, müxbir İran raketlərinin İsraildəki hədəfləri vurduğunu bildirdikdən sonra həbs edilib. Məlumata görə, İran ölkənin mərkəzində yerləşən kəşfiyyat bazasına, eləcə də Nevatim aviabazasına hücum edib.
Qeyd olunur ki, jurnalist reportajında İsrail ordusunun Qəzza zolağına hücumlar üçün Nevatim bazasından istifadə etdiyini vurğulayıb.
Loffredo əlavə edib ki, bazada İsrailin baş naziri Binyamin Netanyahunun istifadə etdiyi özəl hökumət təyyarəsi yerləşir.
Bundan əvvəl İsraildə sağçı etirazçılar fələstinli məhbusu təhqir etməkdə şübhəli bilinən 9 İsrail əsgərinin həbsindən sonra hərbi bazaya basqın ediblər.
İsrail polisinin məlumatına görə, bazanı ələ keçirən etirazçılar bir neçə dəqiqə ərzində dağıdılıb.
Oxşar xəbərlər
İsrail İranın Nevatim və Tel Nofdakı bazaları vurduğunu təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya BCM-in Netanyahunun həbsinə order verməsinə etiraz etməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İran İsrail hərbi bazasına zərbələr endirib, 20 ədəd təyyarə vurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran KİV: İsrail hərbi bazasına zərbələr endirilib, 20 ədəd təyyarə vurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN: İsrailə öz hava məkanından istifadə imkanı yaradan istənilən dövləti düşmən hesab edəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












