Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində ölənlərin sayı 14-ə çatıb - VİDEO - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində ölənlərin sayı 14-ə çatıb - VİDEO - YENİLƏNİB-2


Livanda rabitə vasitələrinin partlaması nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, silsilə hadisələr nəticəsində xəsarət alanların sayı azı 450 nəfərdir.



***
20:27

Livanda rabitə vasitələrinin partlaması nəticəsində ölənlərin sayı 9-a, xəsarət alanların sayı 300 nəfərə çatıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Reuters” ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, çərşənbə axşamı ölkə ərazisində müxtəlif partlayışlar verib.

Al Hadath telekanalının məlumatına görə, bu dəfə radiolar, telefonlar, barmaq izi cihazları, həmçinin günəş panelləri və litium-ion batareyaları ilə işləyən qurğular partlayıb.



***
18:42



Livanda partlayışlarda ən azı 100 nəfər xəsarət alıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Üç nəfərin həlak olduğu qeyd olunub.

***

18:22

Livanın cənubunda yenidən partlayışların baş verdiyi bildirilir.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Kan” məlumat yayıb.

Yenidən rabitə qurğularının partladığı deyilir.

Qeyd edək ki, dünən "Hizbullah" üzvlərinin rabitə qurğularının partladılması nəticəsində minlərlə insan yaralanıb, 10-dan çox adam ölüb. "Hizbullah" buna görə İsraili ittiham edib.

Oxşar xəbərlər

Livanda rabitə cihazlarında yeni partlayışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 450 yaralı var - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində azı 9 nəfər ölüb, 300 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livanda rabitə cihazlarında yeni partlayışlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 300 yaralı var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livanda rabitə cihazlarında yenidən partlayışlar olub, 100 nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livanda rabitə cihazlarında yenidən partlayışlar olub, 3 nəfər ölüb, daha 100-ü xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər