sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Tailandda torpaq sürüşməsində 8 nəfər ölüb
Tailandın Pxuket əyalətində güclü yağıntıların səbəb olduğu torpaq sürüşməsi aralarında iki Rusiya vətəndaşı da olmaqla, 8 nəfərin həyatına son qoyub.
APA-nın yerli “Khaosod” qəzetinin saytına istinadən xəbərinə görə, təbii fəlakətdən daha çox Patak, Kitti Sangkharam, Karon qəsəbələri zərər görüb.
Hadisə nəticəsində itkin düşənlərin də olduğu bildirilsə də, hazırda onların sayı dəqiqləşdirilir. Təbii fəlakətdən indiyədək 250 fərdi yaşayış evi yararsız hala düşüb.
Hökumət baş verənlərin nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini açıqlayıb.
Oxşar xəbərlər
Hindistanda torpaq sürüşməsində azı 41 nəfər həlak olub
Hindistanda torpaq sürüşməsində 93 nəfər həlak olub - YENİLƏNİB
Efiopiyada torpaq sürüşməsi 55 nəfərin həyatına son qoyub
Yaponiyada zəlzələ qurbanlarının sayı 206 nəfərə çatıb
Cənubi Afrikada daşqın 14 nəfərin həyatına son qoyub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









