Türkiyədə sərhədi motorlu paraşütlə keçmək istəyən 4 terrorçu məhv edilib
sizinxeber.az xəbər saytı

Türkiyədə sərhədi motorlu paraşütlə keçmək istəyən 4 terrorçu məhv edilib


Türkyənin Şırnak vilayətində İraqla səhədi pozaraq motorlu paraşütlə ölkəyə keçmək istəyən 4 terrorçu məhv edilib.

Sizinxeber.az xəbər verir ki, bu haqda məlumatı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz sosial media hesabında paylaşıb.

Məlumatda bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığına aid “AKINCI” PUA-sı tərəfindən 4 nəfərin motorlu paraşütlə sərhədi pozaraq Türkiyəyə keçdiyi müəyyən olunub.

Terrorçular düşdükləri yerdə məhv ediliblər. Onların üzərindən 2 ədəd M-16 avtomat silahı, 2 ədəd M-4 avtomat silahı, 2 mobil telefon, 1 lazer məsafə ölçən, 1 ədəd “Glock” tipli tapança, 3 ədəd güllə darağı, 6 batareya bloku, 1 motosiklet akkumulyatoru və digər şeylər aşkarlanaraq götürülüb.

Oxşar xəbərlər

Xankəndi, Xocavənd, Füzuli və Xocalıda xeyli silah-sursat tapılıb - VİDEO
Xankəndi şəhərində xeyli silah-sursat tapılıb
Xankəndidə xeyli silah-sursat aşkarlanıb
Azad olunan ərazilərdə 1 həftədə aşkar olunan silah-sursatın sayı açıqlanıb
Bakıda əl qumbarası aşkarlanaraq zərərsizləşdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər