Fələstin lideri: İran yaxın saatlarda İsrailə cavab tədbiri ilə bağlı qərar verə bilər
İran yaxın saatlarda HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə İsrailə cavab tədbirlərinə dair qərar verə bilər.
APA xəbər verir ki, bunu Fələstin lideri Mahmud Abbas Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra “TASS” agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.
“Qərar yaxın bir neçə gün və hətta yaxın bir neçə saat ərzində verilə bilər. Birincisi, biz fələstinlilər olaraq müharibəyə qarşıyıq. Oktyabrın 7-də biz rəsmən bəyan etdik ki, biz müharibənin əleyhinəyik, dinc əhalinin, qadınların və uşaqların öldürülməsinə qarşıyıq. Nə olacağını hələ proqnozlaşdıra bilmərik, amma ümid edə bilərik ki, heç bir eskalasiya olmayacaq, nəticələrini əvvəlcədən qiymətləndirmək çətin olan müharibə olmayacaq”, - Mahmud Abbas qeyd edib.
Oxşar xəbərlər
“Politico”: İran İsrailə genişmiqyaslı hücum etməkdən imtina edə bilər
İran bir neçə gün ərzində İsrailə hücum edə bilər
Mahmud Abbas yaxın zamanda Türkiyəyə səfər edə bilər
İran XİN: BMT TŞ susduğuna görə, İsrailə cavab verməkdən başqa yolumuz yoxdur
Pezeşkian Haniyənin qətli ilə bağlı paylaşım edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













