Əfqanıstanda hökumət işçilərinə gündə 5 dəfə məscidə getmək məcburi olacaq
Əfqanıstan hökumətinin işçiləri gündə beş dəfə məscidə getməlidir, əks halda cəzalandırılacaqlar.
Sizinxeber.az AFP-yə istinadən xəbər veirir ki, bu barədə Talibanın ali lideri Hibatullah Axundzadə İslamın təfsirini tətbiq edən son fərmanında bildirib.
Axundzadənin imzaladığı qərarda deyilir: “(Taliban hökumətinin) nazirlik və qurumlarının məsul şəxsləri şəriət tərəfindən müəyyən olunmuş vaxtlarda camaatla namaz qılmağa məcburdurlar”.
Bildirilib ki, “üzrlü səbəb olmadan” namazı buraxan işçilərə xəbərdarlıq ediməli, qanun pozuntusuna təkrara yol verərsə, “müvafiq vəzifəli şəxs onu layiqincə cəzalandırmağa borcludur”.
Taliban hökumətinin sözçüsü AFP-nin cəzanın nədən ibarət olacağı ilə bağlı sorğusuna cavab verməyib.
İşçilərin qeyri-iş saatlarında namaz qılmağına polis tərəfindən necə nəzarət ediləcəyi açıqlanmayıb.
Oxşar xəbərlər
İrəvan Türkiyədə “3+3” formatında görüşdə iştirakla bağlı hələ qərar verməyib
Kəlbəcərə köçürüləcək şəxslər üçün növbəti peşə kursuna start verilib
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb
XI Qlobal Bakı Forumu başa çatıb
Kobaxidze Latviya Prezidentinin Gürcüstanla vizasız rejimin dayandırılması çağırışına münasibət bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













