SEPAH: İran ABŞ və İsrailin hücumu ilə bağlı cavab planını Xameneinin ölümündən əvvəl hazırlayıb
sizinxeber.az xəbər saytı

SEPAH: İran ABŞ və İsrailin hücumu ilə bağlı cavab planını Xameneinin ölümündən əvvəl hazırlayıb


İranın ali lideri ayətullah Əli Xamenei hələ ölümündən əvvəl ABŞ və İsrailin mümkün hücumu halında həyata keçiriləcək hərbi əməliyyat planını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, general-mayor Əli Məhəmməd Naini bildirib.

Onun sözlərinə görə, ABŞ İranın müharibə doktrinasını nəzərə almayıb.

“ABŞ nəzərə almadı ki, şəhid imamımız müharibə doktrinasını müəyyən etmişdi və bu doktrinaya görə müharibə regional ölçü daşıyacaq. Əməliyyat planları inqilab liderinin şəhid olmasından əvvəl nəzərdən keçirilib və təsdiqlənib”, – deyə o, SNN telekanalına açıqlamasında bildirib.

Naini əlavə edib ki, hazırda ABŞ müharibəni dayandırmaq yollarını axtarır.

“Bu gün, 15 gün sonra düşmən çaşqınlıq içindədir və onların elitası planın olmamasında ittiham olunur. Düşmən indi müharibəni başa çatdırmaq üçün İranla necə qarşılıqlı fəaliyyət göstərəcəyini düşünür. Düşmən məğlubiyyətini etiraf edir”, – deyə SEPAH nümayəndəsi qeyd edib.

Oxşar xəbərlər

SEPAH generalı Suriyada öldürülüb
İsrailin İrana endirdiyi zərbələr nəticəsində SEPAH-ın briqada generalı öldürülüb
İsrailin zərbəsi nəticəsində SEPAH-ın üç hərbçisi həlak olub
SEPAH: İran İsrailin enerji mərkəzlərinə və yanacaq obyektlərinə hücum edib
SEPAH: İran istənilən səviyyədə müharibəyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər