Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir
“Parisdə həyata keçirilməsi istənən şey, yaradılmışların ən şərəflisi olan insanları ən aşağı səviyyəyə, yəni heyvanlardan da aşağı səviyyəyə endirmək layihəsidir. İlk fürsətdə bu barədə cənab Papaya zəng edəcəyəm. Xristian dünyasına və bütün xristianlara qarşı edilən əxlaqsızlığı onunla bölüşəcəyəm.”
APA xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Konfrans Salonunda təşkil olunmuş tədbirdə bir sıra məsələlərə münasibət bildirərkən deyib.
Macarıstanın baş naziri Viktor Orbanın haqlı reaksiyasını təqdir edən Ərdoğan, "Əslində müqəddəs şeylərə edilən bu açıq hücuma qarşı daha çox lider və daha çox siyasətçi çıxış etməli idi. Təəssüf ki, biz bunu görə bilmirik. Bəziləri biganəlikdən, bəziləri qorxusundan, bəziləri də siyasi karyerası naminə LGBT lobbisinin əleyhinə danışa bilmir. Biz danışırıq.”, - deyə bildirib.
Daha sonra LGBT zülmünə qarşı müqavimət göstərməyin hər kəsin qarşısında ali vəzifə olduğunu vurğulayan Ərdoğan sözlərinə belə davam edib:
"LGBT lobbisinin getdikcə daha da şiddətləndiyi halda, bəşəriyyət eyni zamanda böyük bir mühasirə ilə üzləşir. Onlar qlobal miqyasda bir qorxu mühitini yaradırlar. Buradan qeyd etməliyəm ki, biz sadəcə bir tendensiya ilə deyil, birbaşa uşaqlarımızı hədəfə alan faşist bir hücumla qarşı-qarşıyayıq. Normallığa, təbiətə, ailəyə və bəşəriyyətə qarşı çoxölçülü, hərtərəfli və amansız müharibə aparılır. İslamofobiya ilə İslama müharibə elan edənlər LGBT pozğunluğu ilə müqəddəs olan hər şeyə müharibə elan ediblər. LGBT pozğunluğunu azadlıq kimi təqdim edənlərin hicablı idmançılara dözə bilməmələri də onların şüurlarında azadlığın tərifini ortaya qoyur. Fransa fransalı idmançıların hicablı olduqları təqdirdə yarışlarda iştirakına mane olub. Bu hansı məntiqdir? Nə cür anlayışdır? Fransada yaşayan mərakeşli, əlcəzairli, tunisli və s. insanlara bildirmək istəyirəm ki, onların bu məsələdə niyə mövqe nümayiş etdirmədiklərini anlamaqda çətinlik çəkirəm. Onlar təkcə İslam və müsəlmanların deyil, təbii və müqəddəs olan hər şeyin düşmənidirlər. Paris qalmaqalı bu həqiqəti bir daha üzə çıxardı. Cinsiyyətsizləşdirmək insan övladını məhv etmək deməkdir."


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />