İsrailin Livanla genişmiqyaslı müharibə planı yoxdur
sizinxeber.az xəbər saytı

İsrailin Livanla genişmiqyaslı müharibə planı yoxdur


Colan təpələrinə son hücumdan sonra Livanda döyüşlərin intensivliyi qısa müddətə arta bilər, lakin tammiqyaslı müharibəyə keçid olmayacaq.

APA xəbər verir ki, bu barədə İsrailin bir sıra yüksək rütbəli rəsmilərinə istinadən “Ynet” portalı məlumat yayıb.

“Bir neçə gün döyüşdə ola bilərik. Söhbət indiyə qədər gördüyümüzdən fərqli olsa belə, məhdud zaman müddətindən gedir”, – deyə portal rəsmilərdən birinin sözlərindən sitat gətirib.

Qeyd edək ki, iyulun 27-də İsrailin nəzarətində olan Colan təpələri raket atəşinə tutulub. Hadisə zamanı raketlərdən biri Məcdəl Şəms şəhərində futbol meydançasına düşüb və nəticədə 12 nəfər həlak olub.

Oxşar xəbərlər

İsrailin müdafiə naziri: “2024-cü il “müharibə və qələbə ili” olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livandakı duruzların lideri “Hizbullah”ı dəstəklədiyini bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaçmazda “Mercedes” mopedi vurub, sürücü ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər