Türkiyə və Rusiya XİN başçıları Ukrayna böhranını müzakirə edib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Türkiyə və Rusiya XİN başçıları Ukrayna böhranını müzakirə edib - YENİLƏNİB


Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan Laosda keçirilən təkbətək görüşü zamanı tərəflər Ukrayna müharibəsi ətrafında geniş fikir mübadiləsi aparıb.

APA-nın xəbərinə görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, danışıqlarda iki ölkə arasında energetika sahəsində əməkdaşlıq, Qəzza sektoru və Suriyada vəziyyət, eləcə də digər regional məsələlər gündəmə gətirilib.

***

12:55

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan Laosda keçirilən ASEAN ölkələri XİN başçılarının sammiti çərçivəsində təkbətək görüşüb.

APA xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rəsmi foto çəkdirildikdən sonra görüş jurnalistlərin iştirakı olmadan davam etdirilib.

Eyni zamanda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi “Teleqram” kanalında danışıqlardan sonra mətbuat nümayəndələrinə geniş məlumat veriləcəyi barədə informasiya yerləşdirilib.

Oxşar xəbərlər

Türkiyə və Rusiya XİN başçıları Laosda görüşüb
Hakan Fidan belçikalı həmkarı Hadija Labiblə görüşüb
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb
Ukrayna XİN başçısı Çinə səfər edəcək
Səudiyyə Ərəbistanında nüvə beşliyi ölkələrinin işçi görüşü keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər