Kolumbiyada prezidentliyinə namizəd sui-qəsdə məruz qalıb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
in
2025
06:50

Kolumbiyada prezidentliyinə namizəd sui-qəsdə məruz qalıb - YENİLƏNİB

08 in, 2025
06:50
537

Kolumbiyada prezidentliyinə namizəd sui-qəsdə məruz qalıb - YENİLƏNİB

Kolumbiyada prezidentliyə namizəd, senator Migel Uribeyə atəş açan şəxsin yeniyetmə olduğu bildirilir.

APA xəbər verir ki, bu haqda “El Tiempo” qəzeti mənbələr istinadən məlumat yayıb.

"Hücum edən 15 yaşlı yeniyetmədir. O, Uribenin mühafizəçiləri tərəfindən yaralanıb", -qəzetin məlumatında deyilir.

Şahidlərin qəzetə verdiyi məlumata görə, sui-qəsdi yerinə yetirən azyaşlı şəxs hadisə yerinə motosikletlə gəlib.

O, təqribən metr yarımlıq məsafədə senatora yaxınlaşıb və onun kürəyinə təxminən altı dəfə atəş açıb. Güllələrdən biri Uribenin başına dəyib.

“El Tiempo” qəzeti isə hadisə zamanı daha iki nəfərin; bir kişi və bir qadının yaralandığı haqda məlumat yayıb.

***

05:11

Kolumbiyalı senator və prezidentliyə namizəd Migel Uribe Turbay hücuma məruz qalıb, o, güllə yarası alıb.

APA xəbər verir ki, bu haqda "Bluradio" məlumat yayıb.

"Şənbə günü axşam prezidentliyə namizəd olmaq istəyən Migel Uribe Turbaya hücum edilib", - məlumatda deyilir.

Hadisə senatorun Boqotada çıxışı zamanı baş verib. Uribe Turbaya arxadan hücum edilib.

Bizimlə əlaqə saxlayın