Pezeşkian: Biz müharibə yox, sülh axtarırıq
sizinxeber.az xəbər saytı

Pezeşkian: Biz müharibə yox, sülh axtarırıq


“Biz bölgə ölkələri ilə qardaşıq. Azərbaycan və Türkmənistanla qohumuq. Başqaları (ABŞ) bizi müharibəyə sürükləmək istəyir. Ancaq biz bunu etməyəcəyik”.

Sizinxeber.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

“Biz müharibə yox, sülh axtarırıq. Biz ölkə daxilində və qonşularımızla - Azərbaycan, Rusiya, Əfqanıstan, Pakistan, İraq və Səudiyyə Ərəbistanı ilə sülh və sabitliyin ardıncayıq və qardaşlıq və bərabərlik üçün çalışırıq”, - Pezeşkian qeyd edib.

O vurğulayıb ki, əgər region dövlətləri birlikdə ticarət əlaqələri qura bilsələr, müsəlman ölkələri arasında böyük ticarət bazarı, eləcə də sülh və təhlükəsizlik yarada bilərlər.

İran Prezidentinin sözlərinə görə, bu bölgə başqalarına deyil, region ölkələrinə məxsusdur.

Oxşar xəbərlər

İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik
Prezident Pezeşkian: İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər
Azərbaycan və İran prezidentlərinin telefon danışığı olub
Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib
Pezeşkian BRICS sammmitində beynəlxalq təşkilatları tənqid edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər