ABŞ-ın vitse-prezidenti: Avropa ölkələrində demokratiya inanıldığı qədər güclü deyil
sizinxeber.az xəbər saytı

ABŞ-ın vitse-prezidenti: Avropa ölkələrində demokratiya inanıldığı qədər güclü deyil


Avropa özünün yaratdığı böhranla üz-üzədir - öz seçicilərindən qorxur və bu vəziyyətdə ABŞ-a heç bir faydası yoxdur.

APA xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

O, həmçinin Avropa liderlərini “öz seçicilərinizdən qorxub qaçdıqlarına”, o cümlədən miqrasiyaya görə tənqid edib və bildirib ki, əhalini demokratik proseslərdə iştirakdan yayındırmaqla demokratiyanı daxildən məhv etmək riski var.

ABŞ-ın vitse-prezidenti bildirib ki, Avropa liderləri seçicilərdən qorxur və demokratiyanı müdafiə edə bilmir: “İndi, əlbəttə ki, vəziyyət o qədər pisləşib ki, keçən ilin dekabrında Rumıniya “kəşfiyyatın qeyri-müəyyən şübhələri və qitədəki qonşularının böyük təzyiqi” səbəbindən prezident seçkilərinin nəticələrini ləğv edib”.

“Avropa ilə bağlı məni ən çox narahat edən təhlükə nə Rusiya, nə də Çinlə bağlı deyil. Məni daxildən gələn təhlükə, Avropanın öz əsas dəyərlərindən geri çəkilməsi narahat edir, - ABŞ vitse-prezidenti qeyd edib.

Oxşar xəbərlər

“Amazon”un vitse-prezidenti: Satışlarımızın 60%-ni üçüncü tərəflər həyata keçirir
AFFA-nın vitse-prezidenti UEFA-dan təyinat alıb
Vitse-prezident: Dünya Bankı Avropa və Mərkəzi Asiyada enerji əlaqələrini dəstəkləməyə sadiqdir
Baş nazir: Azərbaycan, Rumıniya və Macarıstan Aİ-yə “yaşıl enerji” tədarükü üzrə aktiv iş görür
Avropa Parlamentində "Gürcüstandakı demokratik geriləmə" müzakirə ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər