ABŞ administrasiyası İranın istənilən addımına hazır olduğunu bildirib
ABŞ İranın İsrailə qarşı istənilən addımına hazırdır, lakin hesab edir ki, Tehranın hücum üçün heç bir qanuni əsası yoxdur.
Sizinxeber.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi Qəzza zolağında atəşkəslə bağlı danışıqlara dair jurnalistlər üçün keçirilən xüsusi onlayn brifinqdə deyib.
“Biz hesab edirik ki, İranın İsraili hədələməyə davam etdiyi silahlı hücum üçün heç bir hüquqi əsası yoxdur. Amma bilin ki, biz hər hansı gözlənilməz hallara hazır olacağıq”, - deyə o bildirib.
O xatırladıb ki, ABŞ İsrailə mümkün hücumla əlaqədar Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirib. O sözlərinə belə davam edib: "Biz bölgəyə çoxlu sayda hərbi qüvvə, o cümlədən F-22-lər yerləşdirmişik. Ona görə də istənilən fövqəladə vəziyyətə hazır olacağıq".
Oxşar xəbərlər
İran XİN: BMT TŞ susduğuna görə, İsrailə cavab verməkdən başqa yolumuz yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Hizbullah" lideri İsraili hədələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden: “İranın açıq təhdidləri qarşısında İsraili tam dəstəkləyirik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ İranı eskalasiyadan əl çəkməyə inandırmağa çalışır [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












