KİV: İran ABŞ-nin "F-35" qırıcısını vurub
sizinxeber.az xəbər saytı

KİV: İran ABŞ-nin "F-35" qırıcısını vurub


ABŞ Hərbi Hava Qüvvələrinin beşinci nəsil "F-35" qırıcısı İranın Hava Hücumundan Müdafiə qüvvələrinin atəşinə məruz qaldıqdan sonra döyüş tapşırığını yarımçıq qoyaraq Yaxın Şərqdəki hərbi bazalardan birinə təcili eniş etməyə məcbur olub.

Oxu.Az bildirir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb

ABŞ-nin Mərkəzi Komandanlığının nümayəndəsi, kapitan Tim Hokins pilotun təcili eniş etməyə məcbur olduğunu təsdiqləyib.

Telekanalın qeyd etdiyinə görə, bu hadisə genişmiqyaslı döyüş əməliyyatları başlayandan bəri ABŞ təyyarəsinin İran atəşi ilə vurulduğu ilk təsdiqlənmiş haldır.

Qeyd edək ki, bir ədəd "F-35" qırıcısının dəyəri 100 milyon dollardan çoxdur.

Oxşar xəbərlər

KİV: İran ABŞ-nin daha bir qırıcısını vurub
Britaniyanın "F-35B" qırıcısı Yaponiya hava limanına təcili eniş edib
İran İsrailin daha bir “F-35”ni vurub
İsrail Ordusu: İranın hücumu hava qüvvələrinin döyüş qabiliyyətinə zərər verməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar