"Hizbullah"a məxsus telekanalın direktoru öldürüldü
"Hizbullah"a məxsus "Al Manar" telekanalının siyasi proqramlar üzrə direktoru Məhəmməd Şari İsrailin Beyruta endirdiyi zərbələr zamanı öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə sözügedən telekanal məlumat yayıb.
"Həmkarımız, teleaparıcı Məhəmməd Şari və onun həyat yoldaşının Züqaq əl-Blat rayonunda yaşayış binasına raket hücumu nəticəsində həlak olmasından dərin kədər duyuruq", - deyə "Al Manar"dan bildirilib.
Qeyd olunur ki, hadisə zamanı Şarinin övladları və nəvələri xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
BMT-nin məlumatına görə, 2023-24-cü illərdəki münaqişə dövründə Livanda ən azı 10 jurnalist həlak olub və daha 15-i yaralanıb. Onların arasında "Reuters", "Agence France-Presse" agentliklərinin və "Al Jazeera" telekanalının jurnalistləri də var.
Oxşar xəbərlər
İsrail Livan ərazisini bombalayıb, “Hizbullah”a bağlı TV-lərin əməkdaşları ölüb
İsrail HHQ-nin Beyruta hücumu nəticəsində 11 nəfər ölüb, 33 nəfər yaralanıb - YENİLƏNİB
İsrail ordusu Livanda 250 “Hizbullah” yaraqlısını öldürüb
Beyrutda İsrail HHQ-nin hücumu nəticəsində dörd nəfər ölüb, 23 nəfər yaralanıb
Al Jazeera: Ötən gün İsrailin zərbələri nəticəsində 100-dən çox fələstinli həlak olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
