Sizinxeber.az » DÜNYA » Tramp Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməsi üçün şərt qoydu

Tramp Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməsi üçün şərt qoydu

  • 13-09-2025, 19:12
  • DÜNYA
  • 0
  • 6 237

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib, ancaq iki əsas şərt yerinə yetirildiyi təqdirdə: əgər bütün NATO ölkələri birlikdə hərəkət edərsə və Rusiya neftinin alınmasını tamamilə dayandırarsa.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Tramp özünün "Truth Social" şəbəkəsində yazıb.

Tramp, həmçinin bu mesajını "bütün NATO ölkələrinə və dünyaya mesaj" adlandırıb.

ABŞ Prezidenti özünün ətraflı bəyanatında Şimali Atlantika Alyansının hazırkı strategiyasını tənqid edib.

"Bildiyiniz kimi, NATO-nun qələbəyə sadiqliyi 100%-dən çox uzaqdır, bəzi ölkələrin Rusiya neftini alması, sadəcə olaraq, şoka salır! Bu sizin danışıqlarda mövqeyinizi və Rusiya üzərində təsir rıçaqlarınızı əhəmiyyətli dərəcədə zəiflədir", - deyə Tramp vurğulayıb.

Ağ Evin rəhbəri münaqişəyə son qoyulması üçün radikal iqtisadi həll variantını da təklif edib - Çin mallarına NATO-nun 50%-dən 100%-ə qədər kollektiv rüsumlarının tətbiqi. Trampın fikrincə, bu rüsumlar Rusiya-Ukrayna münaqişəsi bitənə qədər qüvvədə qalmalıdır.

"Çin Rusiya üzərində güclü nəzarətə malikdir və bu güclü rüsumlar bu nəzarəti qıracaq", - deyə Tramp iddia edib.

Xüsusilə diqqətçəkən məqam odur ki, Donald Tramp hazırkı münaqişədən uzaqlaşaraq, bunu "Bayden və Zelenskinin müharibəsi" adlandırıb.

"Bu, Trampın müharibəsi deyil (mən prezident olsaydım, bu heç vaxt başlamazdı). Mən ancaq onu dayandırmaq və minlərlə rusiyalının və ukraynalının həyatını xilas etmək üçün buradayam (təkcə keçən həftə 7 118 nəfər ölüb. Dəlilikdir)", - deyə o qeyd edib.

Tramp, eyni zamanda, xəbərdarlıq edib ki, əgər NATO onun tövsiyələrinə əməl etməsə, o zaman alyans, sadəcə olaraq, onun vaxtını almış olacaq.

"Əgər NATO mənim dediyim kimi etsə, müharibə tez bitəcək və bütün bu həyatlar xilas olacaq! Əks halda, siz, sadəcə olaraq, mənim vaxtımı, eləcə də ABŞ-nin vaxtını, enerjisini və pulunu boşuna xərcləyirsiniz", - deyə ABŞ lideri əlavə edib.



ДРУГИЕ НОВОСТИ

Комментарии

САМОЕ ЧИТАЕМОЕ / КОММЕНТИРУЕМОЕ
  1. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  2. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  3. Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
  4. Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
  5. Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
  6. Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
  7. Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
  8. Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
  9. Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib
  10. Ümummilli lider Heydər Əliyevin anım günüdür
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея