Azərbaycan, Türkiyə və Pakistanın silahlı qüvvələri mütəmadi qaydada birgə təlimlər keçirəcəklər
sizinxeber.az xəbər saytı

Azərbaycan, Türkiyə və Pakistanın silahlı qüvvələri mütəmadi qaydada birgə təlimlər keçirəcəklər


Azərbaycan, Türkiyə və Pakistanın silahlı qüvvələri mütəmadi qaydada birgə təlimlər keçirəcəklər.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə iyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüşdə razılıq əldə edilib.

Görüşdə müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, 2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş” şüarı altında keçirilən təlimlərin əhəmiyyəti vurğulanıb və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklif edilib. Təklif məmnunluqla qəbul olunub.

Müdafiə sənayesi sahəsində də üç ölkənin birgə istehsalının təşkil edilməsi məsələsi vurğulanıb.

Oxşar xəbərlər

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib - YENİLƏNİB-2
Türkiyə Prezidenti və Pakistanın Baş naziri COP29-da iştirak edəcəklər
Azərbaycan, Türkiyə və Pakistan arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
Astanada Prezident İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüşü olub
Mədət Quliyev vəzifəsindən azad edildi, yerinə təyinat var - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle