

"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib
Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının birinci ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidməti aparatında, struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.
Bu barədə "Sizinxeber.az" Dövlət Sərhəd Xidmətindən bildirilib.
Məlumata görə, Dövlət Himninin ifa edilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyətə başlaması nəticəsində Xocalıda və işğal altında olan digər ərazilərdə cinayət törətmiş bəzi terrorçuların saxlanılaraq istintaqa təhvil verilməsi təmin edilib.
"Keçirilən tədbirlərdə sərhədçilər tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, dövlət bayrağının qaldırılması barədə Prezident İlham Əliyevə məruzə edilməsi böyük qürur hissi ilə vurğulanıb. Dövlət başçısı “Laçın-Xankəndi yolunun başlanğıcında dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququnun və ərazi bütövlüyünün təmin olunmasının ifadəsidir” deməklə bu tarixi hadisəyə yüksək qiymət verməsi tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Sonda "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümünə həsr edilmiş film nümayiş etdirilib", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Ruben Vardanyan saxlanıldı - RƏSMİ
Vardanyanı saxlayan kimdir? - Sensasion isim
"Laçın" SBM-də çaşqınlıq içində olan erməni əsgəri ilə Azərbaycan sərhədçisi arasında dialoq (VİDEO)
Vitali Balasanyan da saxlanıldı - Son dəqiqə
Azərbaycan-İran sərhədində avtomobil körpüsünün və modul tipli buraxılış məntəqəsinin açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin xaos yaradır: Kreml Bakıya qara təbliğata başladı
-
Nazirin səsindən istifadə edildi, iş adamları hədəf alındı
-
Azərbaycan-Rusiya münasibətləri: Təyyarə hadisəsi, miqrantlara təzyiqlər və "Rus Evi"nin bağlanması
-
Qərbi Azərbaycan Xronikası: Mxitaristlər ermənilərin keçmişinə dair saxta tarix yazıblar
-
Gəncədə evdə qaz balonu partlayıb, xəsarət alan var
-
İsrailin müdafiə naziri HƏMAS-ı Qəzza razılaşmasını pozmaqda ittiham edib
