Dövlət Xidməti həqiqi hərbi xidmətdə yuxarı yaş həddinin azaldılmasına aydınlıq gətirib
sizinxeber.az xəbər saytı

Dövlət Xidməti həqiqi hərbi xidmətdə yuxarı yaş həddinin azaldılmasına aydınlıq gətirib


“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qanunun müvafiq müddəalarının təkmilləşdirilməsinə dair təkliflər verib və layihə Milli Məclisin “Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi”nə təqdim edilib. Hazırda komitə üzvləri tərəfindən dəyişikliklər müzakirə olunub və Milli Məclisin plenar iclasına çıxarılıb. Milli Məclis tərəfindən qəbul edildiyi və ölkə başçısı tərəfindən imzalandığı təqdirdə qanunun yeni müddəaları qüvvəyə minəcək”.

Sizinxeber.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, hələlik qanuna heç bir dəyişiklik edilməyib.

“Dəyişikliklər bir sıra yenilikləri nəzərdə tutur. Lakin həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. Yəni ali təhsilli çağırışçılar əvvəllər olduğu kimi 12 ay, digər hallarda isə 18 ay müddətində həqiqi hərbi xidmətə cəlb olunacaqlar”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, hərbi xidmətə çağırış müddətinin yuxarı həddinin 35 yaşdan 30 yaşa endirilməsi təklif olunur.

Oxşar xəbərlər

Səfərbərlik xidməti: Hərbi xidmət müddətinin azaldılması müzakirə mövzusu deyil
Dövlət Xidməti: Həqiqi hərbi xidmət müddətinin azaldılması müzakirə mövzusu deyil
Dövlət Xidməti: Hazırda hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi müzakirə olunur
Müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddinin azaldılmasına aydınlıq gətirilib
SHXÇDX əməkdaşlarına tibbi xidmət DSX tərəfindən göstəriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle