“Atlantic Council”: Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı nümunəvi modeldir
sizinxeber.az xəbər saytı

“Atlantic Council”: Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı nümunəvi modeldir


ABŞ-nin məşhur “Atlantic Council” beyin mərkəzi Azərbaycan- Türkiyə hərbi əməkdaşlığını nümunə və effektli model kimi qiymətləndirib.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə “Atlantic Council”in geniştərkibli toplantısında pozitiv fikirlər səsləndirilib.

İclasda Türkiyənin müdafiə sənayesinin uğurları diqqətə çatdırılıb. Xüsusilə, Türkiyənin pilotsuz uçuş aparatları (PUA) və süni intellekt sənayesi sahəsində lider ölkələrdən birinə çevrildiyi vurğulanıb.

Toplantıda qeyd olunub ki, bu texnologiyalar NATO üzvü olan ölkələrə də inteqrasiya edilməlidir. Uğurlu inteqrasiya modeli kimi isə Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı göstərilib.

Yığıncaqda çıxış edən Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Volkan Öskiper bildirib ki, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın əsası 1992-ci ildə qoyulub. Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırıldığı qeyd edilib.

Oxşar xəbərlər

Tunis NATO ilə əməkdaşlığı aktivləşdirməyə və təcrübə mübadiləsinə hazırdır
ABŞ-Azərbaycan münasibətlərini gücləndirməyin vaxtıdır - Amerikanın analitik mərkəzi
"Bayraqdar" dünyaya necə səs saldı? - "Blumberq"
Rusiya və Türkiyə arasında Avrasiyadakı inteqrasiya prosesləri müzakirə edilib
Türkiyənin milli müdafiə naziri: "Azərbaycanla strateji müttəfiqlik səylərimiz uğurla davam edir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle