

Müdafiə naziri: Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətinə, sülhün, sabitliyin təminatçısına çevrilib
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov 28 May – Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
AZƏRTAC-ın xəbərinə görə, təbrik mətnində deyilir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əzmlə davam etdirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində müasir müstəqil Azərbaycan Respublikasında vətəndaş həmrəyliyi əldə olunaraq ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub. Bu gün respublikamızın iqtisadiyyatının fasiləsiz inkişafı təmin olunub, dövlətçilik ənənələrimiz daha da möhkəmlənib. Dövlətimizin inkişafında prioritet istiqamətlərdən hesab edilən ordumuzun hərbi potensialının gündən-günə artırılması ölkəmizdə həyata keçirilən islahatların tərkib hissələrindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın dünyada nüfuzu daha da artıb. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətinə, sülhün, sabitliyin təminatçısına çevrilib.
Təbrik mətnində daha sonra deyilir:
“Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun gücləndirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirdi və nəticədə 2020-ci ili Azərbaycan Ordusu xalqımızın şanlı tarixində Zəfər ili kimi əbədiləşdirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixində imzaladığı Sərəncamla 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu tarixi Sərəncam hüquqi, siyasi və ictimai baxımdan böyük əhəmiyyət daşıyır. Konstitusiya və milli suverenlik anlayışları tarixi-hüquqi müstəvidə bir-birini tamamlayaraq ölkəmizin inkişafında həlledici rol oynayır. 2025-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü, həmçinin Konstitusiyanın 11-ci maddəsi ilə təsdiq olunan ərazi bütövlüyümüzün bərpasının 5-ci ildönümü qeyd olunur. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmən işğalında olmuş tarixi torpaqlarımız azad edildi. Ali Baş Komandanın iradəsi və qətiyyətli siyasəti, ordumuzun gücü sayəsində Vətən müharibəsindən sonrakı əməliyyatlarla isə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin olundu.
Dövlət müstəqilliyimizin əsas atributlarından biri sayılan üçrəngli Bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad edilmiş ərazilərimizdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirir, Vətənimizin müdafiəsində əzmlə dayanan bölmələrimiz döyüş növbətçiliyini yüksək səviyyədə aparır, bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələr verir.
Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini hər zaman olduğu kimi, 28 May – Dövlət Müstəqilliyi Günü ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik. Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Diqqət və qayğı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğılarının, problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram”.
Oxşar xəbərlər
Zakir Həsənov: Azərbaycan Ordusu 2020-ci ili xalqımızın şanlı tarixində Zəfər ili kimi əbədiləşdirib
Müdafiə naziri şəxsi heyəti təbrik etdi
Müdafiə naziri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəxsi heyəti təbrik edib
Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Zakir Həsənov Azərbaycan Ordusunu təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Antalyada bıçaqlanıb - VİDEO - YENİLƏNİB
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
Tbilisidə 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib
-
Putin Tokayevlə telefon danışığı aparıb
