Kəlbəcərdə erməni kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısı alınıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
sen
2023
22:35

Kəlbəcərdə erməni kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısı alınıb

13 sen, 2023
22:35
1 211

Kəlbəcərdə erməni kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısı alınıb

Kəlbəcərdə erməni kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısı alınıb - VİDEO Sentyabrın 13-ü saat 19:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu Mərcimək yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı dərə boşluqlarından istifadə edərək bölmələrimizin yerləşdiyi əraziyə sızmağa cəhd edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribatın qarşısı alınıb. Kəşfiyyat-diversiya qrupu bir üzvü yaralı olmaqla geri çəkilməyə məcbur edilib.

 

Bizimlə əlaqə saxlayın