Rus İcmasından bəyanat: erməni əhalisinin reinteqrasiyası...
- 23-09-2023, 11:34
- Müharibə
- 0
- 1 876
Azərbaycanın Rus İcması ölkə rəhbərliyinin Qarabağın erməni əhalisinin çoxmillətli Azərbaycan cəmiyyətinə tez bir zamanda reinteqrasiyasına yönəlmiş səylərini tam dəstəkləyir.
sx.buludhost.com xəbər verir ki, bu barədə icmanın bəyanatında deyilir.
“Qarabağda lokal antiterror tədbirləri və sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan Prezidentinin nümayəndələri ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüş uzunmüddətli münaqişəyə son qoyub. Növbəti gün Qarabağın erməni sakinlərinin nümayəndələrinin xahişi ilə sosial və humanitar məsələlərin müzakirəsi kontekstində Ağdam-Xankəndi yolu ilə müxtəlif ərzaq məhsulları və gigiyena vasitələri olan 2 yük maşını, o cümlədən çörək dolu 2 avtomobil yola salınıb”, - bəyanatda vurğulanıb.
“Azərbaycanın rus əhalisi olaraq əminik ki, Qarabağ bölgəsi ermənilərinin reinteqrasiyası üzrə sosial-iqtisadi plan ölkə Konstitusiyasının bütün hüquq və normalarına tam uyğundur. Azərbaycan ənənəvi olaraq bir çox etnik qrupların sülh və harmoniya şəraitində yaşadığı çoxmillətli, multikultural ölkədir. Tariximiz boyu milliyyətindən və dinindən asılı olmayaraq ölkəmizdə yaşayan bütün xalqlar arasında həmişə sülh olub. Bütün Cənubi Qafqazda sülhün, inkişafın və firavanlığın vaxtı çatıb”, - mətndə bildirilib.
Qeyd olunub ki, Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın erməni əhalisini uzun illər hakimiyyəti zorla əlində saxlamış cinayətkarların hərbi xuntasından azad edərək döyüş meydanında əsl qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirib: “Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızı hər zaman xatırlayacağıq. Təəssüf ki, lokal antiterror tədbirləri zamanı şəhidlərimiz oldu. Həlak olanların ailələrinə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzulayırıq. Həmçinin həlak olmuş Rusiya sülhməramlılarının ailələrinə başsağlığı veririk və bundan sonra sülhün əbədi olaraq bərqərar olacağına ümid edirik”.


width="220" alt="PA Yevlax görüşü ilə bağlı məlumat yaydı" />
width="220" alt="Xocalıda ermənilərlə növbəti görüş BAŞLADI" />
width="220" alt="Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başa çatıb" />
width="220" alt="İşçi qrupun üzvləri bu tarixdə Xankəndiyə səfər edəcək" />
width="220" alt="Azərbaycanın mərkəzi hakimiyyəti erməni sakinlərə bu məsələlərdə yardım edəcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />