Azərbaycan Ordusu sürətlə irəliləyir - Beqlaryan
Azərbaycan Ordusunun dünən başlatdığı antiterror tədbirləri nəticəsində separatçı-terrorçular sürətlə zərərsizləşdirilir.
Axar.az xəbər verir ki, bu barədə erməni terrorçu dəstəsinin sabiq “ombudsmanı” Artak Beqlaryan da yazıb.
O bildirib ki, Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə irəliləyişi və uğurları inkişaf edir:
“Zaman bizim əleyhimizə işləyir, çünki heç bir beynəlxalq aktorun, o cümlədən Rusiya və Amerika tərəfinin prosesi dayandırmaq istəmədiyi göz qabağındadır. Rusiya Federasiyası, ABŞ və Aİ-nin “artsax xalqını” tabe etmək üçün Azərbaycan gündəmini tam dəstəkləməsi mənim üçün mübahisəsizdir. Belə çətin geosiyasi vəziyyətdə və belə son dərəcə qeyri-bərabər müharibədə qəhrəman oğlanlarımız, sadəcə olaraq, canları bahasına ciddi nəticə əldə edə bilmirlər. Biz tamamilə mühasirədə və tək qaldıq, hətta Ermənistan da bu mübarizədə bizi tərk etdi”.
Beqlaryan qeyd edib ki, belə bir mətn yazmaq onun üçün “çətin” olsa da, həqiqəti söyləməyə məcburdur:
“Hər bir mübarizənin görünən perspektivi olmalıdır, xüsusən də minlərlə insan həyatı bahasına başa gəlirsə”.
O, müqavimətin heç bir perspektivi olmadığını bildirərək, mübarizəni dayandırmağa səsləyib. Eyni zamanda, ona “vətənpərvərlik dərsi” keçmək istəyənlərin mümkünlüyünə işarə edərək, bu iddiaları rədd edib və reallığı qəbullanmağa çağırıb.


width="220" alt="İranda Ermənistana humanitar yardım göndərilməsi üçün hazırlıq gedir" />
width="220" alt="Azərbaycanın yardımı Qarabağ ermənilərinə belə çatdırıldı" />
width="220" alt="Antiterror əməliyyatları zamanı Prezidentin rəsmi saytına saniyədə 4 milyondan çox hücum olub" />
width="220" alt=""Uyğun zaman və şərait prinsipi" - Azərbaycan hədəflərinə çatır" />
width="220" alt="İlham Əliyev: "Bizim iqtisadi inkişafımız hətta daha mürəkkəb geosiyasi vəziyyətdə belə müsbət olub"" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />