Azərbaycan hərbçilərinin erməni silahlılarına və mülki şəxslərə müraciəti
sizinxeber.az xəbər saytı

Azərbaycan hərbçilərinin erməni silahlılarına və mülki şəxslərə müraciəti


Azərbaycanın lokal xarakterli antiterror tədbirlərinin həyata keçirildiyi ərazilərdə Azərbaycan hərbçilərinin erməni silahlılarına və mülki şəxslərə müraciəti yayılıb.

Çağırışda ilk növbədə yaraqlılardan silahlarını yerə qoyub təslim olmaq tələb edilir:

“Mənasız müqavimət göstərməyin. Həyatınızı qoruyun! Silahlı müqavimət göstərdiyiniz halda məhv ediləcəksiniz. Özünüzü və ailənizi düşünün.”

Müraciətdə qeyd olunub ki, təslim olanlarla və ailələri ilə Beynəlxalq Humanitar Hüquq normalarına uyğun davranılacaq.

“Sizin hüquqlarınız qorunacaq, su və ərzaqla təmin olunacaqsınız. Sizə tibbi yardım göstəriləcək. Təslim olmaq sizin sağ qalmağınız və yaşamağınız üçün fürsətdir!”

Mülki əhaliyə müraciətdə isə onların və ailələrinin separatçıların çirkin siyasi oyunlarının alətinə çevrildiyi vurğulanıb:

“Rəhbər hesab etdiyiniz şəxslər öz ailələrini və sərvətlərini artıq Qarabağdan çıxarıblar. Siz və ailəniz qorxu, təşviş və ağır vəziyyətdə yaşamağa məcbur edilmisiniz. Azərbaycan əsgəri dinc əhalini hədəfə almır. Çıxış yolu silahlı müqavimət göstərməməkdir. Silahlılara dəstək olmayın”.

Müraciətdə, həmçinin sakinlərdən müqavimət göstərməmələri tələb olunub, əks təqdirdə bunun terror kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq edilib.

“Özünüzü və ailənizi düşünün. Həyat və sağlamlığınızı riskə atmayın. Evlərinizi tərk etməyin!”

 

Oxşar xəbərlər

Azərbaycan MN Qarabağdakı erməni silahlılarını silahı yerə qoyaraq təslim olmağa çağırıb
MN: Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir
MN SMS vasitəsilə ermənilərə xəbərdarlıq etdi - Təcili
Ermənilər ağ bayraq qaldırdı və təslim oldu - Rəsmi
Separatçıların sonu gəldi - Sabah Yevlaxda görüş olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər