MN SMS vasitəsilə ermənilərə xəbərdarlıq etdi - Təcili
sizinxeber.az xəbər saytı

MN SMS vasitəsilə ermənilərə xəbərdarlıq etdi - Təcili


Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir.

sx.buludhost.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır.

Yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırırıq. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır.

Azərbaycan qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.

Oxşar xəbərlər

MN: Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir
Müdafiə Nazirliyi: Mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır
Polkovnik Anar Eyvazov: "Bölmələrimiz tərəfindən yalnız legitim hərbi hədəflər zərərsizləşdirilir" VİDEO
Qarabağdakı separatçıların təslim olması ilə bağlı qoşunlara müvafiq tapşırıq verilib - RƏSMİ
Bölgədəki son vəziyyətlə bağlı Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle