KİV: Azərbaycan Belqradda keçiriləcək EXPO-2027-də iştirakını təsdiqləyib
sizinxeber.az xəbər saytı

KİV: Azərbaycan Belqradda keçiriləcək EXPO-2027-də iştirakını təsdiqləyib


Azərbaycan rəsmi olaraq 15 may – 15 avqust 2027-ci il tarixlərində “Bəşəriyyət üçün oyun: hamı üçün idman və musiqi” şüarı altında Serbiya paytaxtı Belqradda keçiriləcək EXPO-2027 sərgisində iştirakını təsdiqləyib.

Bu barədə “Report” Serbiya işgüzar nəşri “Serbia Business”ə istinadən məlumat yayıb.

“Azərbaycan xalq rəqsləri, çövqan kimi ənənəvi oyunlar, tar, kamança və saz kimi musiqi ənənələri və alətləri daxil olmaqla zəngin mədəni irsi ilə tanınır. Ölkə həmçinin idmanda, xüsusilə güləş, cüdo və şahmatda uğur qazanır”, – yazıda vurğulanıb.

Nəşr qeyd edib ki, EXPO-2027 Qərbi Balkanlar üçün önəmli hadisə olacaq və Azərbaycan – Serbiya əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək.

Sərgidə 120-dən çox ölkə və təşkilat təmsil olunacaq, onu 4 milyondan çox insanın ziyarət edəcəyi gözlənilir.

Oxşar xəbərlər

Yaponiya Azərbaycanın Osakada keçiriləcək “Expo-2025”də fəal iştirakını gözləyir
Ceyhun Bayramov Belqradda Serbiya Prezidenti ilə görüşəcək
Vuçiç Serbiyanın 2027-ci ilə qədər ÜDM-nin artım tempini qiymətləndirib
Prezident İlham Əliyev “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəlib
“Aqroeksport”: Azərbaycan 2027-ci ilə qədər ev heyvanları üçün yem idxalını 40 %-dən çox artıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər