"Azərreyl-1"in üzvü: Belə yarışlar Azərbaycanın çimərlik voleyboluna böyük uğurlar qazandıracaq
İnanıram ki, bu cür yarışlar və yüksək səviyyəli təşkilatçılıq Azərbaycanın çimərlik voleyboluna böyük uğurlar qazandıracaq.
"Report" Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri çimərlik voleybolu üzrə ölkə çempionatının qalibi olan "Azərreyl-1" klubunun üzvü Larisa Smeltsova deyib.
24 yaşlı voleybolçu çempionluq təəssüratlarını bölüşüb:
“Bu il yeni qaydalarla və fərqli formatda keçirilən yarışda “Azərreyl-1" klubunda çıxış etdim. Həmçinin komanda yoldaşım da dəyişmişdi. Buna baxmayaraq, biz uğurlu çıxış etdik. "Azərreyl" klubu çimərlik voleybolunda da çempionluq seriyasını davam etdirir. Biz çempion olduq və beynəlxalq yarışda ölkəmizi təsil etmək hüququ qazandıq. Yarışın təşkilatçılığı yüksək səviyyədə idi. Hər il daha maraqlı çempionat olur. İnanıram ki, bu cür yarışlar və yüksək səviyyəli təşkilatçılıq Azərbaycanın çimərlik voleyboluna böyük uğurlar qazandıracaq".
Qeyd edək ki, ötən gün başa çatan çimərlik voleybolu üzrə Azərbaycan çempionatının finalında "Azərreyl-1" klubu “Murov Az Terminal”ı (2:0, 2:1) məğlubiyyətə uğradaraq yarışın qalibi olub.
Oxşar xəbərlər
Bakıda ilk dəfə çimərlik voleybolu üzrə "Seçim Günü" keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Voleybolçu qızlar arasında Azərbaycan birinciliyi keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərreyl"in baş məşqçisi: "Çempion olmaq üçün bütün gücümüzlə çalışacağıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərreyl"in baş məşqçisi: Qazandığımız çempionluq kubokunu bütün dünya uşaqlarına həsr edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Azərreyl-2” və “Abşeron” Azərbaycan birinciliyində qələbə qazanıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












