Hidayət Heydərovun rəqibindən etiraf: "Çox güclüdür"
sizinxeber.az xəbər saytı

Hidayət Heydərovun rəqibindən etiraf: "Çox güclüdür"




Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının finalında Hidayət Heydərova məğlub olaraq gümüş medalla kifayətlənən fransalı idmançı Con Benjamin Qaba azərbaycanlı cüdoçu haqqında təəssüratlarını bölüşüb.
 
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 23 yaşlı idmançı Fransa mətbuatına açıqlamasında final qarşılaşmasının çox gərgin keçdiyini vurğulayıb:
 
"Mən var qüvvəmlə mübarizə aparırdım, qızıl medalı əldə etməyə çalışırdım. Heç kim buna inanmasa da, mən özüm sona qədər inandım. Təbii ki, medal qazandığım üçün sevinirəm. Növbəti dəfə qızıl uğrunda mübarizə aparacağam".
 
Con Benjamin Qaba etiraf edib ki, finalda qarşılaşdığı Hidayət Heydərov çox güclü rəqibdir:
 
"Düşünürəm ki, yaxşı mübarizə apardım. Məğlubiyyətə görə heç kimi günahlandırmıram. Heydərov çox güclüdür".
BAKU.WS

Oxşar xəbərlər

Hidayət Heydərov olimpiadada qızıl medal qazandı - YENİLƏNİB+VİDEO
Hidayət Heydərov Olimpiya çempionu oldu
MOK-un vitse-prezidenti: Hidayətin qələbəsi bütün Azərbaycanı sevindirdi
Fransada Azərbaycanın dövlət himni səsləndirildi - VİDEO
Leyla Əliyevadan Hidayət Heydərovun olimpiya çempionu olması ilə bağlı PAYLAŞIM - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle