Məhəmməd Salah İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu seçilib
sizinxeber.az xəbər saytı

Məhəmməd Salah İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu seçilib


"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün ən yaxşı futbolçusu seçilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

32 yaşlı oyunçu Premyer Liqa karyerasında ikinci dəfə bu ada layiq görülən beşinci futbolçu olub. O, ilk dəfə 2017/2018 mövsümünün ən yaxşı oyunçusu adını qazanıb.

Daha əvvəl Tyerri Anri, Kriştiano Ronaldo, Nemanya Vidiç və Kevin De Brüyne də iki dəfə "ən yaxşı" oyunçu adına sahib çıxıb.

Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm 37 oyunda 28 qol vurub və 18 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər

“Athletic” İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün ən yaxşı futbolçusunu açıqlayıb
“Athletic” İngiltərə Premyer Liqanın 2024/2025 mövsümünün ən yaxşı futbolçusunu açıqlayıb
Salah İngiltərədə mövsümün oyunçusu seçilib
İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
İngiltərədə 2024/2025 mövsümünün ən yaxşı futbolçusu adına namizədlərin siyahısı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər