İngiltərədə 2024/2025 mövsümünün ən yaxşı futbolçusu adına namizədlərin siyahısı açıqlanıb
sizinxeber.az xəbər saytı

İngiltərədə 2024/2025 mövsümünün ən yaxşı futbolçusu adına namizədlərin siyahısı açıqlanıb


İngiltərə Premyer Liqasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusu adına namizədlərin siyahısı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Namizədlərin siyahısına "Liverpul"dan Vircil van Dayk (36 matç, 3 qol, 1 məhsuldar ötürmə), Rayan Qravenberq (35 matç, 4 məhsuldar ötürmə), Məhəmməd Salah (36 matç, 28 qol, 18 məhsuldar ötürmə), "Nottinqem Forest"dən Morqan Gibbs-Uayt (32 matç, 6 qol, 8 məhsuldar ötürmə), Kris Vud (34 matç, 20 qol, 3 məhsuldar ötürmə), “Nyukasl"dan Aleksander İsak (34 matç, 20 qol, üç məhsuldar ötürmə), "Brentford"dan Brayan Mbemo (36 matç, 18 qol, 7 məhsuldar ötürmə), "Arsenal"dan Deklan Rays (33 matç, 3 qol, 7 məhsuldar ötürmə) daxil edilib.

Ən yaxşı futbolçu azarkeşlərin və ekspertlərin səsverməsinin nəticələrinə görə müəyyənləşir. Azarkeşlər üçün mayın 19-dək davam edəcək onlayn səsverməyə start verilib.

Qeyd edək ki, ötən mövsümün ən yaxşı futbolçusu “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden seçilib.

Oxşar xəbərlər

İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
La Liqada oktyabrın ən yaxşı futbolçusu mükafatına namizədlərin adları açıqlanıb
Məhəmməd Salah Premyer Liqada ən çox məhsuldar ötürmə verən 10-cu futbolçu olub
"Real"ın 28 yaşlı futbolçusu karyerasında ilk dəfə məhsuldar ötürmə müəllifi olub
Salah Premyer Liqada daha bir rekorda imza atıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər