Xulio Baptista "Real"a qayıdır
sizinxeber.az xəbər saytı

Xulio Baptista "Real"a qayıdır


İspaniyanın “Real” klubunun sabiq futbolçusu Xulio Baptista Madrid təmsilçisinə qayıdır.

“Sizinxeber.az” "Marca”ya istinadən xəbər verir ki, 43 yaşlı keçmiş yarımmüdafiəçi klubun gənclərdən ibarət komandasının baş məşqçisi postunda Alvaro Arbeloanı əvəzləyəcək.

Arbeloa isə “Real”ın ikinci komandasının baş məşqçi postundan ayrılacağı açıqlanan Raul Qonsalesin yerini tutacaq.

Baptista məşqçi kimi daha əvvəl “Valyadolid”də çalışıb. O, müxtəlif yaş qruplarından ibarət komandalara, həmçinin əvəzedicilərə rəhbərlik edib.

Qeyd edək ki, X.Baptista 2005-2008-ci illərdə “Real”ın formasını geyinib. O, Madrid təmsilçisinin heyətində İspaniya çempionu olub və Superkuboku qazanıb.

Oxşar xəbərlər

"Real"ın sabiq futbolçusu vəfat edib
"Real"ın gənc futbolçusu Raul Qonsalesin rekordunu qırıb
"Real"ın keçmiş futbolçusu Argentina klubunun baş məşqçisi olub
"Real"ın və "Beşiktaş"ın sabiq futbolçusu Argentina klubunu çalışdıra bilər
UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər