"Real"ın 28 yaşlı futbolçusu karyerasında ilk dəfə məhsuldar ötürmə müəllifi olub
İspaniyanın "Real" klubunun 28 yaşlı futbolçusu Xesus Valyexo karyerasında ilk dəfə məhsuldar ötürmə müəllifi olub.
"Sizinxeber.az" "Opta"ya istinadən xəbər verir ki, bu La Liqanın XXXVI turunda "Malyorka" ilə matçda reallaşıb.
Müdafiəçi 2:1 hesabı ilə qələbə qazandıqları görüşün 90+5-ci dəqiqəsində komanda yoldaşı Xakobo Ramona məhsuldar ötürmə edib. Ona bunun üçün 121 matç lazım olub.
X.Valyexo indiyə qədər karyerası ərzində icarə əsasında çıxış etdiyi İspaniyanın digər klubu "Qranada"da 54, Almaniya təmsilçisi "Ayntraxt"ın heyətində 27, "Vulverhempton"da (İngiltərə) 7 və hazırkı komandasında 33 oyun keçirib.
Qeyd edək ki, "Real" hazırda 78 xalla turnir cədvəlində ikinci pillədədir. Madrid klubu lider "Barselona"dan 4 xal geri qalır.
Oxşar xəbərlər
"Real"ın sabiq futbolçusu IV Liqa klubuna keçib
La Liqada oktyabrın ən yaxşı futbolçusu mükafatına namizədlərin adları açıqlanıb
"Milan"ın futbolçusu "Real"a keçə bilər
"Real" zədəli futbolçusu ilə müqavilə müddətini uzadıb
"Real" klubu yarımmüdafiəçisini icarəyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
Vuçiç mayın 24-28-də Çinə səfər edəcək
-
Rusiya Ermənistan istehsalı olan bir sıra şərab və konyakların satışına qadağa qoyub
