"Real"ın futbolçusuna qarşı cinayət işi açılıb
Məhkəmə "Real"ın futbolçusu Raul Asensio və onun Madrid təmsilçisinin gənclərdən ibarət kollektivindəki sabiq komanda yoldaşlarına qarşı cinayət işi açıb.
"Report" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Oyunçular yetkinlik yaşına çatmayan qızın razılığı olmadan onun iştirak etdiyi intim videonu çəkməkdə və yaymaqda ittiham edilirlər.
Asensiodan başqa, Andres Qarsiya və Xuan Rordiqesə də ittiham irəli sürülüb. Hadisənin 2023-cü ildə baş verdiyi bildirilib. Zərərkəçənin anasının sözlərinə görə, futbolçular 16 yaşlı qızın videosunu çəkib, sonra isə yayıblar.
Qeyd edək ki, 22 yaşlı Raul Asensio 2024-cü ildə "Real"ın əsas komandasında debüt edib. O, cari mövsüm bütün turnirlərdə 51 oyunda meydana çıxıb.
Oxşar xəbərlər
"Real"ın gənc futbolçusu Raul Qonsalesin rekordunu qırıb
Raul Qonsales Almaniya klubunu çalışdıra bilər
"Real" komandada çıxış edən futbolçunun qardaşı ilə maraqlanır
"Real" "Bavariya"nın futbolçusu ilə anlaşıb
"Real" klubu fransalı futbolçusu ilə yeni müqavilə bağlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













