"Bild": Mahir Emreli karyerasını Bundesliqada davam etdirmək istəyir
Cari mövsümün sonunda Almaniyanın "Nürnberq" klubundan ayrılacağı dəqiqləşən Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını Bundesliqada davam etdirmək istəyir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə ölkənin məşhur "Bild" nəşri məlumat yayıb.
Bildirilib ki, son həftələrdəki çıxış, dörd matçda dörd qol vurmaq danışıqlar zamanı 27 yaşlı hücumçunun işinə yarayıb. Müvafiq müzakirələr aparılsa da, razılıq əldə olunmayıb:
"Yəqin həm də ona görə ki, Emreli əvvəlkindən xeyli pul qazanmaq istəyir. Milli üzvü yayda ucuz məbləğə heyətə cəlb olunmuşdu. O, indi özünü danışıqlarda yaxşı mövqedə görür və Bundesliqa klubunda yer almağa üstünlük verir".
Qeyd edək ki, mövsümün əvvəlində "Nürnberq"ə keçən Mahir Emreli II Bundesliqada 7, Almaniya Kubokunda 1 qola imza atıb. Klub hücumçunun mövsümün sonunda başa çatacaq müqavilə müddətinin uzadılmayacağını açıqlayıb.
Oxşar xəbərlər
Bundesliqada çıxış edən iki klub Mahir Emreli ilə maraqlanır
"Nürnberq" rəsmisi Mahir Emreli ilə vidalaşmalarına münasibət bildirib
Mahir Emreli "Nürnberq" komandasında növbətini qolunu vurub
Mahir Emreli "Nürnberq" komandasında növbəti qolunu vurub
Mahir Emreli: "Rahat tətil keçirmək üçün bizə xallar qazanmaq lazımdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













