"Sportinq" portuqaliya futbolçu üçün "Mançester Yunayted"dən istədiyi məbləği artırıb
sizinxeber.az xəbər saytı

"Sportinq" portuqaliya futbolçu üçün "Mançester Yunayted"dən istədiyi məbləği artırıb


Portuqaliyanın "Sportinq" klubu futbolçusu Fransisku Trinkan üçün İngiltərə təmsilçisi "Mançester Yunayted"dən 83,7 milyon avro tələb edəcək.

"Report" xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Portuqaliyalılar həmin pulun yarısının "Barselona" klubuna veriləcəyi üçün məbləği artırıb.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim 25 yaşlı vingeri komandasında görmək istəyir. Daha əvvəl "Sportinq"in futbolçuya görə 60 milyon avro tələb etdiyi yazılıb.

Qeyd edək ki, Fransisku Trinkan 2022-ci ilin yayında "Barselona"dan icarə əsasında transfer olunub. Bir il sonra Lissabon klubu oyunçunun hüquqlarını 7 milyon avroya alıb. O, cari mövsüm bütün yarışlarda 43 matçda iştirak edib, 9 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

"Mançester Yunayted" "Barselona"nın futbolçusu ilə maraqlanır
"Barselona" Portuqaliya klubunun hücumçusunu transfer etmək istəyir
"Mançester Yunayted" Vinisius Junioru transfer etmək istəyir
"Sportinq" "İnter"dən 30 milyon avro təzminat tələb edir
"Mançester Yunayted" Almaniya klubu ilə razılığa gələ bilmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər