sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Amerika Kuboku: Braziliya millisi heç-heçə edib, Kolumbiya qələbə qazanıb
ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunun D qrupunda mübarizəyə start verilib.
"Report" xəbər verir ki, beşqat dünya çempionu Braziliya Kosta-Rika ilə üz-üzə gəlib.
Qarşılaşma qolsuz bitib.
Digər görüşdə Kolumbiya Paraqvayı 2:1 hesabı ilə üstələyib. 32-ci dəqiqədə Daniel Munyos, 10 dəqiqə sonra Cefferson Lerma qələbədə pay sahibi olublar. Təsəlli qoluna 69-cu dəqiqədə Julio Enkiso imza atıb.
Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.
Oxşar xəbərlər
Amerika Kubokunda daha iki oyun keçirilib
Braziliya millisi Argentinaya uduzaraq Paris Olimpiadasına vəsiqə qazana bilməyib
Azərbaycan Kuboku: "Neftçi" səfərdə "Sumqayıt"a qalib gəlib
Azərbaycan millisi Albaniya yığmasına uduzub
“Mançester Siti” klublararası dünya çempionatının qalibi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










