"Milan" Meksika millisinin hücumçusunu transfer edib
sizinxeber.az xəbər saytı

"Milan" Meksika millisinin hücumçusunu transfer edib


Niderlandın "Feyenoord" kollektivinin və Meksika millisinin hücumçusu Santyaqo Ximenes "Milan"a transfer olunub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Rossonerilər"in mətbuat xidməti məlumat yayıb.

23 yaşlı forvard yeni komandası ilə 2029-cu ilə qədər müqavilə bağlayıb. O, "Milan"da 7 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, Ximenez cari mövsüm "Feyenoord"un heyətində 19 oyunda 16 qol vurub. Futbolçu Meksika yığmasında 32 qarşılaşmada 4 dəfə fərqlənib.

Oxşar xəbərlər

Premyer Liqada çıxış edən futbolçu "Milan"a transfer olunub
Meksika millisinin kapitanı yığma karyerasını başa vurub
Almaniya klubu "Milan"ın hücumçusunu transfer etmək niyyətindədir
"Yuventus" qışda Slovakiya millisinin futbolçusunu transfer edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər