“Liverpul”un qapıçısı gürcüstanlı futbolçunun gəlişindən sonra klubu tərk edə bilər
“Liverpul”un ehtiyat qapıçısı Kuivin Kelleher Mersisayd təmsilçisinin yay transfer pəncərəsində satın aldığı Giorgi Mamardaşvilinin mövsümsonu icarə əsasında oynadığı “Valensiya”dan qayıdışından sonra klubu tərk etmək niyyətindədir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə insayder Pol Coys üçün yazdığı məqaləsində açıqlayıb.
“Giorgi Mamardaşvilinin gəlişindən sonra Kuivin Kelleher komandadan ayrılmağı düşünəcək”, – o qeyd edib.
Xatırladaq ki, hələ sentyabr ayında irlandiyalı qapıçının “qırmızılar”ın düşərgəsini tərk etmək niyyətində olduğuna dair məlumat yayılmışdı.
Qeyd edək ki, “Liverpul” ötən yay transfer pəncərəsində İspaniyanın “Valensiya” klubunun qapıçısı Georgi Mamardaşvilini transfer etmişdi. Gürcüstanlı qolkiper hazırda “yarasalar”ın heyətində icarə əsasında çıxış edir.
Oxşar xəbərlər
"Liverpul"un qapıçısı klubdan ayrılmağı düşünür
"Liverpul"un qapıçısı yayda klubu tərk edə bilər
“Liverpul” gürcüstanlı yarımmüdafiəçi ilə maraqlanır
"Çelsi" "Liverpul"un qapıçısını transfer etmək istəyir
“Liverpul”un yeni transferi İtaliyaya qayıda bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













