"Spartak" növbəti dəfə "Neftçi" ilə yoldaşlıq oyunu təşkil etməyə çalışacaq
sizinxeber.az xəbər saytı

"Spartak" növbəti dəfə "Neftçi" ilə yoldaşlıq oyunu təşkil etməyə çalışacaq


Rusiyanın "Spartak" klubu növbəti dəfə "Neftçi" ilə yoldaşlıq oyunu təşkil etməyə çalışacaq.

"Report" xəbər verir ki, bu barədə Moskva təmsilçisinin baş direktoru Oleq Malışev "Match TV"yə açıqlamasında bildirib.

"Gələcəkdə "Neftçi" ilə yoldaşlıq matçı təşkil etməyə çalışacağıq. Nə vaxt olacağı bəlli deyil. Amma biz qarşı tərəflə əlaqə saxlayırıq", - deyə klub rəsmisi vurğulayıb.

Qeyd edək ki, "Spartak"ın martın 23-də Bakıda "Neftçi" ilə yoldaşlıq görüşü Rusiyadakı terror aktına görə təxirə salınmışdı. Komandalar 2023-cü il iyulun 18-də Moskvada yoldaşlıq oyununda üz-üzə gəliblər. Qarşılaşma "Spartak"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oxşar xəbərlər

"Neftçi" - "Zenit" oyunu barədə yeni məlumat [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan futzal millisi iki yoldaşlıq oyunu keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Spartak” Qurban Qurbanovla maraqlanır? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Neftçi" "Zirə"ni məğlub edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər