Mersisayd derbisi təxirə salına bilər
Futbol üzrə İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində “Everton” və “Liverpul” arasında baş tutacaq Mersisayd derbisi təxirə salına bilər.
“Report” xəbər verir ki, bu barədə “Hayters TV”nin “Liverpul” üzrə müxbiri Nazira Yusuf yazıb.
“Everton”, “Liverpul” və Mersisayd Polisi arasında sabahkı derbidə “Darra” fırtınasının potensial təsiri ilə bağlı müzakirələr davam edir. Saatda 70 milə qədər külək proqnozu azarkeşlərin təhlükəsizliyi ilə bağlı narahatlıq yaradır”, – jurnalist qeyd edib.
Onun sözlərinə görə, hər iki klub matçın keçiriləcəyini ümid edir.
Eyni zamanda, “Liverpul” azarkeşləri matç günü güclü külək səbəbindən yola daha çox vaxt ayırmağa . Onlara hava proqnozunu və nəqliyyat məlumatlarını izləmək tövsiyə olunub.
Oxşar xəbərlər
Mersisayd derbisi ertələnə bilər
İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Siti” ilə xal fərqini daha da artırıb
"Liverpul"un baş məşqçisi Ançelottinin nailiyyətini təkrarlayıb
"Liverpul"un müdafiəçisi iki həftə futbol oynamayacaq
Premyer Liqa klublarının azarkeşləri etiraz aksiyası keçirəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













