Əfsanəvi futbolçu Yohan Neeskens dünyasını dəyişib
sizinxeber.az xəbər saytı

Əfsanəvi futbolçu Yohan Neeskens dünyasını dəyişib


Əfsanəvi futbolçu dünyasını dəyişib

Hollandiya millisinin, "Barselona"nın və "Ayaks"ın sabiq yarımmüdafiəçisi Yohan Neeskens oktyabrın 6-da 74 yaşında Əlcəzairdə vəfat edib.

APA xəbər verir ki, bu barədə Hollandiya Kral Futbol İttifaqının (KNVB) mətbuat xidməti məlumat yayıb.

Neeskens ilk dəfə 19 yaşında millidə çıxış edib və ümumilikdə komandanın heyətində 49 oyun keçirib və bu oyunlarda 17 qol vurub.

Neeskens 1974 və 1978-ci il Dünya Kuboklarının finalında çıxış edib. 1974-cü il dünya çempionatının finalında Neeskens Hollandiya komandasının yeganə qolunu penaltidən vurub.

“Ayaks”la Neeskens iki dəfə (1972, 1973) Hollandiya çempionu olub və üç dəfə Avropa kubokunu (indiki Çempionlar Liqası) qazanıb. "Barselona" ilə Kral Kubokunu və Avropa Kubok Qalibləri Kubokunu qazanıb (1978). 1979-cu ildə Neeskens “Nyu York Kosmos”da oynamaq üçün ayrılıb. O karyerasını İsveçrədə başa vurub.

Keçmiş yarımmüdafiəçi məşqçi kimi Hollandiya, Avstraliya (hər ikisində Quus Hiddinkin köməkçisi olub), “Barselona” və digər komandalarda çalışıb.

Oxşar xəbərlər

Klaudio Bravo 41 yaşında karyerasını başa vurub
Niderland millisinin sabiq üzvü vəfat edib
Hollandiya müdafiə xərclərini 10%-dən çox artıracaq
Bruno Fernandes "Mançester Yunayted"lə yeni müqavilə imzalayıb
Əfsanəvi futbolçu Frans Bekkenbauer vəfat edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər